16 Sentyabr 10:15
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa xarici işlər naziri Stefan Sejurn Ermənistanı Rusiyanın təzyiqindən qoruyacaqlarına söz verib.

Teleqraf.com xəbər verir ki, fransalı nazir bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında verib.

Sejurn “Rusiyanın təhdidləri və aşkar düşmənçiliyi” qarşısında Ermənistana dəstəyini ifadə edib.

“Fransa həmişə sizinlə yaxındır. Fransada siyasi qüvvələr arasında razılaşmanın olduğu mövzular azdır. Ermənistan azsaylı belə mövzulardan biridir”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər