16 Sentyabr 17:03
915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Almaniya Kansleri Olaf Şolzla görüşündə Rusiyanın hərbi cəhətdən məğlubedilməz olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Şolz Tokayevdən Rusiya-Ukrayna müharibəsinə münasibətini öyrənib.

“Fakt budur ki, Rusiya hərbi cəhətdən məğlubedilməzdir”, - Qazaxıstan prezidenti Almaniya kanslerinə deyib.

Tokayev qeyd edib ki, İstanbul sazişinin bağlanmasından imtina ilə ən azı atəşkəsə nail olmaq üçün yaxşı şans əldən verilib: “Ancaq sülhə nail olmaq üçün imkan hələ də var”.

Onun sözlərinə görə, dövlət başçıları gəldi-gedərdi, amma xalqlar, xüsusən də qonşu xalqlar sülh və qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar.

“Qazaxıstan Rusiya ilə dünyanın ən uzun quru sərhədinə malikdir, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik çərçivəsində əməkdaşlıq inkişaf edir, Qazaxıstan Ukrayna xalqı və onun özünəməxsus mədəniyyətinə rəğbət bəsləyir, ölkəmizin Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir”, - Tokayev vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər