16 Sentyabr 11:54
2 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Stefan Sejurn deyib.

“Ermənistan öz ərazisini, bütövlüyünü və əhalisini qorumağı bacarmalıdır. İki ölkənin müdafiə sahəsində əməkdaşlığı regionda vəziyyəti gərginləşdirməyə yönəlməyib, heç kimin belə niyyəti yoxdur”, - qeyd edib.

Xatırladaq ki, İrəvan və Paris iyun ayında hərbi-texniki təchizatla bağlı bir neçə saziş imzalayıb. Müvafiq olaraq, Fransa Ermənistana SEZAR haubitsaları, radarlar, zirehli texnikalar və zenit-raket kompleksləri verəcək. Haubitsalar və texnikaların bir hissəsinin artıq çatdırıldığı bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər