16 Sentyabr 16:36
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Azərbaycan sülh müqaviləsinin təxminən 80 faizini razılaşdıra bilib.

Teleqraf.com xəbər verir ki, bunu Tiflisdə gürcü həmkarı ilə görüşündə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycana sənəd layihəsinin razılaşdırılmış müddəalarının imzalanmasını, diplomatik münasibətlərin qurulmasını və yaxın vaxtlarda müzakirələrin davam etdirilməsini təklif etmişik”, - baş nazir vurğulayıb.

Paşinyanın sözlərinə görə, Cənubi Qafqazda həqiqətən də münaqişə səhifəsini bağlamaq və regionda davamlı sülhün bərqərar olması üçün tarixi imkan var:

“Əminəm ki, sülhdən faydalananlar təkcə Ermənistan və Azərbaycan yox, həm də Gürcüstan, Türkiyə və İran olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər