16 Sentyabr 12:55
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycanın müxtəlif ölkələrdən silah almağa davam etməsindən narahatdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri, hakim partiyanın deputatı Andranik Köçəryan deyib.

Həmçinin onun sözlərinə görə, Azərbaycan Ermənistanın başqa ölkələrdən silah almasından narahatdır. Deputat bu silahlanmanı "irimiqyaslı layihə" adlandırıb.

Köçəryan etiraf edib ki, Ermənistan bütün şərti sərhəd böyu hərbi möhkəmləndirmə işləri görür:

“Sərhəd xəttinin bütün uzunluğu boyunca möhkəmləndirmə işləri aparılır. Azərbaycanı narahat edən də budur”.

Komitə rəhbəri əlavə edib ki, Ermənistan da öz növbəsində Azərbaycanın müxtəlif ölkələrdən külli miqdarda silah almaqda davam etməsindən narahatdır.

Köçəryan Azərbaycanla mümkün hərbi toqquşmadan ehtiyat etdiklərini söyləyib:

“Bəli, bundan narahatıq, ona görə də belə planlar qururuq. İndi də şimalda xeyli quruculuq işləri aparılır. Şimal sərhədləri elə gücə malik olacaq ki, indiyədək heç vaxt olmayıb”.

Sərhədlər müəyyənləşməmiş Ermənistanın bu xətt boyunca hərbi quruculuq və möhkəmləndirmə işləri aparması yaxşı məqsədlərdən xəbər vermir. Bu, prosesi dinc məcradan gərginlik müstəvisinə daşımaq cəhdidir. Əlbəttə, Azərbaycan bədnam qonşusunun bəd niyyətlərindən xəbərdardır və bütün mümkün gəlişmələrə hazırdır.

Görünən budur ki, Ermənistanda təkcə cinayətkar Sərkisyan-Köçəryan klanı yox, ölkə rəhbərliyi də revanş əhval-ruhiyyəsindədir. Amma bunun onlara xeyir gətirməyəcəyini yenə özləri bilirlər. 44 günlük savaşda ordusu darmadağın edilmiş Ermənistan yenə də başqa xülyalar arxasındadırsa, bilməlidirlər ki, bu dəfə də güzəşt olmayacaq. Azərbaycan ordusunun gücünə bələddirlər, yaxın tarixin dərsidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər