16 Sentyabr 20:00
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun sıralarında faşist və terrorçu Qaregin Njde satqın kimi təbliğ olunmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni deputat Qeqam Manukyanın açıqlamasında bildirilir.

“Bu günlərdə hərbi hissələrin birində Qaregin Njde haqqında sovet istehsalı olan “Zəngəzur” filmi nümayiş etdirilib. Təsəvvür edirsinizmi, Qaregin Njdeni satqın və oyunbaz kimi göstərən bir silahlı qüvvələr yaradırıq? Hazırda Ermənistan silahlı qüvvələrinin mənəvi-psixoloji ab-havası belədir”, - Manukyan bildirib.

Əslində, Njde satqından da artıq idi. Dosyesində hər cür cinayət olan Njde terrorçu olmaqla yanaşı, nasist Almaniyası üçün də çalışmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər