16 Sentyabr 22:33
334
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinə və digər şəxslərə qarşı tətbiq etdiyi sanksiyalar ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə müdaxilədir.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze deyib.

“Bu bir tərəfdən polisə, digər tərəfdən quruma təhqir, üçüncü tərəfdən gürcü xalqının seçiminə və iradəsinə təsir etmək cəhdidir. Bu, Gürcüstan seçkilərinə müdaxilədir”, - Mdinaradze bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər