11 Sentyabr 19:13
3 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini İran tərəfinə izah edib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, bu məsələ Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələri ilhamlandırıb. “Bu cür təxribatların arxasında duranlar bunu Qərbin maraqları naminə, işarə gələndən sonra edir”, - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər