ABŞ Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər antiterror əməliyyatı üçün Suriyanın Rakka gəlib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, desant qüvvələri Suriyanın Şanina qəsəbəsində yaşayış evləri və yardımçı tikililəri intensiv atəşə tutub.
Verilən məlumata görə, hücum zamanı ən azı 4 sakin həlak olub.
Bildirilib ki, hücumda amerikalı hərbçilərlə yanaşı "Suriya Demokratik Qüvvələrinin" kürd silahlıları da iştirak edib.
Onlar axtarışda olan terrorçuların gizləndiyi bir neçə evə basqın edərək əsirləri özləri ilə aparıblar.
"Suriya Demokratik Qüvvələri" komandanlığı və ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasından hələlik bu barədə heç bir açıqlama verilməyib.