18 Sentyabr 00:43
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Antoni Blinken Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı mövcud vəziyyəti qiymətləndirmək üçün Misirə gedib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Blinkenin paytaxt Qahirəyə getməsi ilə bağlı məlumat ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamada öz əksini tapıb.

Blinken Qəzzada pozulan və qeyri-müəyyən vəziyyətdə qalan atəşkəs prosesinin canlandırılması və Misirlə mövcud vəziyyəti dəyərləndirmək üçün Misirlə danışıqlar aparacaq.

Qahirədə keçiriləcək ABŞ-Misir Strateji Dialoq Toplantısına qatılacaq Blinkenin bu dəfə İsrailə səfəri gözlənilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər