19 Sentyabr 15:03
2 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dehli Hindistanla Pakistan arasında 1960-cı ildə Dünya Bankının vasitəçiliyi ilə imzalanmış müqaviləyə dəyşiklik etmək istəyi barədə İslamabadı xəbərdar edib. Müqavilə iki ölkənin 6 çayın istifadəsi ilə bağlı razılaşması ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Kişanqanqa və Ratle su elektrik layihələri ilə bağlı uzun müddətdir davam edən mübahisə Hindistanı müqaviləyə dəyişiklik etməyə vadar edib:

“Müqaviləyə əsasən, Hind, Jelum və Çenab suları Pakistana məxsusdur, Hindistan isə Şərq çayları (Ravi, Beas, Sutlej) üzərində hüquqlara malikdir. Hindistanın axar çaylarda elektrik enerjisi istehsal etmək istəyir.

Pakistan Hindistanın çaylardakı layihələrinə dəfələrlə etiraz edib. Buna baxmayaraq, Dehli müqavilənin XII maddəsinə əsasən, 62 il əvvəl imzalanmış sənədə yenidən baxılması və dəyişdirilməsi üçün rəsmi bildiriş göndərib. Həmin maddəyə görə, müqaviləyə dəyişiklik mümkündür. Dəyişikliklər müxtəlif narahatlıqları, o cümlədən əhalinin demoqrafik göstəriciləri, ekoloji problemləri ehtiva edə bilər. Hindistan dəyişikliyi təmiz enerjinin inkişafının sürətləndirilməsi ehtiyacı ilə izah edib.

Dehli bu mövzuda İslamabadla müzakirələrə hazır olduğunu bildirib. Hindistan bir neçə il əvvəl müqaviləyə yenidən baxılması təklifi ilə çıxış etdikdə Pakistan müzakirələrin mümkün olduğunu açıqlamışdı. Ancaq İslamabad müqavilənin şərtlərinin Paksitanın maraqları əleyhinə dəyişdirilməsinə razı olmacayağını bəyan edib”.

Mərkəzin ekspertlərinin fikrincə, iki ölkə arasında müqaviləyə dəyişikliklə bağlı razılıq əldə edilməsə, məsələ vaxtilə sazişin imzalanmasında vasitəçi olan Dünya Bankının gündəliyinə çıxarıla bilər. Dünya Bankının məsələnin araşdırılması üçün müstəqil ekspertləri cəlb edəcəyi mümkündür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər