19 Sentyabr 12:24
3 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan etdi ki, KTMT ölkəsinin təhlükəsizliyi üçün təhdiddir. Bu, Qərbin Ermənistanda Rusiya üzərində diplomatik qələbəsidir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

“Ermənistan çoxdan KTMT-yə üzvlüyünü de-fakto dondurduğunu bəyan edib, indi də təşkilatdan çıxmağa hazır olduğumuzu bildiririk, bu, Qərbin diplomatik qələbəsidir. Qərb və Rusiya bizim bölgəmizi döyüş meydanı hesab edir. Bəs Ermənistan bundan nə əldə edə bilər? Ermənistan anti-Rusiya bəyanatları və addımlarını davam etdirsə, Qərbdən dəstək gözləyə bilər. Amma hansı dəstəkdən söhbət getdiyi məlum deyil”, - ekspert vurğulayıb.

Melkonyana görə, Paşinyan bu cür addımları ilə başqa bir niyyət də güdə bilər:

“İkinci hədəf auditoriyası Rusiyadır. Yəqin Ermənistan hansısa formada Rusiya ilə razılığa gəlmək istəyir və bu bəyanat mümkün anlaşmanın tərkib hissələrindən biridir. Yaxud Ermənistan göstərir ki, həqiqətdən aralanmaq istəyir. İyunda Primakov Forumu zamanı Rusiyadan açıq mesaj verildi ki, Ermənistan təhlükəsizlik və hərbi-texniki sahələrdə əməkdaşlığı dayandırsa, bu, digər istiqamətlərdə də özünü göstərəcək. Söhbət əsasən də enerji, iqtisadi və ticari sahələrdən gedir.

Əslində, mənim də KTMT ilə bağlı heç bir illüziyam yoxdur. Məsələn, onlar qoşun göndərməyə hazırdır olduqlarına, qazaxların Cermuka döyüşə girəcəyinə, yaxud belarusların Çakateni müdafiə edəcəklərinə inanmıram. Bununla belə, KTMT müqaviməti gücləndirmək üçün Ermənistana hərbi-texniki dəstək, silah-sursat təklif edib”.

Ermənistan baş naziri həmçinin dünən söyləmişdi ki, riskləri idarə etmək mümkün olarsa, mütləq Avropa Birliyinə (AB) daxil olacaqlar.

Mümkün risklərin nədən ibarət olmasına gəlincə, Melkonyana görə, bu, Gürcüstandakı durumla bağlıdır:

“Ola bilsin, söhbət Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının qalib gələcəyi təqdirdə AB-yə namizədlik statusunun dondurulmuş vəziyyətdə qalacağı və ümumiyyətlə gündəmdən çıxarıla biləcəyi vəziyyətdən gedir, bunu seçkilərin nəticələri müəyyən edəcək. “Gürcü Arzusu” qalib gəlsə, Ermənistan Rusiya ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olan dövlətlərin əhatəsində AB-yə can atan yeganə ölkəyə çevriləcək. Üstəgəl, AB ilə heç bir birbaşa əlaqəsi olmayan dövlətə. Çünki Türkiyə ilə sərhəd bağlıdır, AB-nin Gürcüstanla problemləri ola bilər, ona görə də bu istiqamətdə getmək risklər yarada bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər