19 Sentyabr 10:32
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah illərdir telefon yox, rabitə üçün peycer istifadə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “New York Times” yazır.

ABŞ kəşfiyyatı Nəsrullahın bunun daha təhlükəsiz rabitə vasitəsi olduğuna inandığını, çünki peycerin istifadəçinin yerini göstərmədiyini bildirir.

ABŞ kəşfiyyatından nəşrə deyilib ki, baş terrorçu İsrailin telefonlar və digər rabitə vasitələrini sındırmaq imkanlarını təkmilləşdirməsindən narahatdır.

Nəsrullah buna görə də “Hizbullah” üzvlərinə mobil telefonları qadağan edib, təşkilatın planlarının heç vaxt telefon, o cümlədən şifrəli mesajlaşma proqramları vasitəsilə çatdırılmamasını əmr edib.

Sentyabrın 17-də Livanın paytaxtı Beyrutda “Hizbullah” üzvlərinin daşıdıqları peycerlərin partlaması nəticəsində çox sayda insan ölüb və yaralanıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var. Tehran və Beyrut baş verənlərə görə İsraili ittiham edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər