19 Sentyabr 13:31
2 961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan silah istehsalçıları tərəfindən satılan artilleriya mərmiləri avropalı alıcılar tərəfindən Ukraynaya yönəldilir, Dehli Moskvanın etirazlarına baxmayaraq ticarəti dayandırmaq üçün müdaxilə etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” Hindistan və Avropa rəsmilərinə istinadən yazır.

Britaniya agentliyinin məlumatına görə, bir ildən çoxdur Hindistan dolayı yolla Ukraynaya mərmi göndərir.

Hindistan hökumətinin nümayəndəsi “Reuters”ə bildirib ki, Dehli Ukraynanın istifadə etdiyi sursatın çox cüzi bir hissəsini istehsal edib. Rəsmilərdən birinin iddiasına görə, bu, Kiyevin müharibədən bəri idxal etdiyi ümumi sursatların 1 faizdən azını təşkil edib.

Ukraynaya Hindistan sursatları göndərən Avropa ölkələri arasında İtaliya və Çexiya da var.

Hindistan rəsmiləri və müdafiə sənayesi nümayəndələri söyləyiblər ki, Dehli vəziyyəti izləyir, həmçinin Avropaya tədarükün məhdudlaşdırılması üçün heç bir tədbir görməyib.

Agentlik yazır ki, dünyanın böyük silah idxalçılarından biri olmağa çalışan Dehli də Avropadakı uzun sürən müharibəni yeni yaranmaqda olan silah ixracat sektorunu genişləndirmək üçün bir fürsət kimi görür.

Hindistan rəsmisinin sözlərinə görə, Kreml bu məsələni ən azı iki dəfə, o cümlədən Rusiya xarici işlər naziri Sergey Lavrov və onun hindistanlı həmkarı arasında iyul görüşündə qaldırıb.

Görüşdən birbaşa xəbəri olan Dehli rəsmisi qeyd edib ki, Lavrov həmkarına ukraynalıların istifadə etdiyi Hindistan sursatları barədə təzyiq edib və onların bəzilərinin dövlətə məxsus hind şirkətləri tərəfindən istehsal olunduğundan şikayətlənib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər