19 Sentyabr 14:51
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi yeni səfərbərlikdə israr etsə də, Prezident Vladimir Putin bu təklifi rədd edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

ABŞ nəşrinin məlumatına görə, Kreml sahibi qüvvələri artırmaq və cəbhədəki itkiləri kompensasiya etmək üçün yalnız müqaviləli işçilərdən istifadə etmək istədiyini bildirir. Amma indi böyük təzyiq altındadır, çünki təxminən üç ildir davam edən müharibədə Rusiya 1 milyona yaxın (ölü və yaralı) hərbçisini itirib. Mənbə hesab edir ki, bu səbəbdən yeni səfərbərliyin Putin üçün ciddi siyasi nəticələri ola bilər. Bununla yanaşı, Rusiya döyüş meydanında boşluğu doldura biləcəyindən daha çox hərbçi itirir.

“Müharibənin ilkin məqsədlərinə çatmaq - Ukraynanı dayanmağa məcbur etmək, onun hərbi potensialını sarsıtmaq və ya Rusiyanın sərhədyanı ərazilərini qorumaq üçün kifayət qədər qüvvə yoxdur. Getdikcə səfərbərliyin qaçılmaz olduğu barədə danışların sayı artır”, - məqalədə deyilir.

WSJ xatırladır ki, Rusiyada ilk səfərbərlikdə Kreml etirazlar və ölkədən kənara kütləvi axınla üzləşib. Nəşr yazır ki, Rusiya əhalisinin sayı baxımından Ukrayna ilə müqayisədə üstünlüyə malik olsa da, kadr çatışmazlığı ölkə üçün ciddi problem olaraq qalır.

Bəzi hesablamalara görə, Rusiya gündə təxminən 1000 nəfəri orduya cəlb edir, Böyük Britaniya mənbələrinə görə isə ruslar hər gün cəbhədə 1100-ə yaxın əsgərini itirir. Məqalədə vurğulanır ki, Rusiya rəhbərliyi bu prosesin cəmiyyətdə “kövrək balansı” pozacağı qorxusuna görə yeni səfərbərlik elan etmir: “Bu, Putin üçün təhlükəli siyasi nəticələr verə bilər”.

Rusiyanın müstəqil sorğu şirkəti “Levada”nın araşdırmasına görə, ölkə əhalisinin 46 faizi səfərbərlikdən qorxduğunu etiraf edib. Bu, 2024-cü ilin fevral ayı ilə müqayisədə 12 faiz çoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər