İsrail Hərbi Hava Qüvvələri Livandakı "Hizbullah" hədəflərinə 1300 raket zərbəsi endirib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi kontr-admiral Daniel Həqari məlumat verib.
O qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələrinin hədəfləri silahlar, o cümlədən 200 kilometrə qədər mənzilli raketlər və pilotsuz uçuş aparatları olub.
“Qarşıda çətin günlər var. Biz bütün cəbhələrdə müdafiə və hücuma diqqət yetirməyə davam edirik”, - deyə Həqari mətbuat konfransında vurğulayıb.