24 Sentyabr 16:42
2 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İranla təmaslarında Ukrayna ilə bağlı mövqeyini aydınlaşdırmağa davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Kreml təmsilçisindən İran Prezidenti Məsud Pezeşkianın Ukraynadakı vəziyyəti Avropa ölkələri və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğu barədə bəyanatına münasibət bildirmək istənilib.

“Bu, İranın suveren mövqeyidir. İranlı dostlarımızla öz mövqeyimizi və Ukrayna münaqişəsi ilə bağlı hər şeyi aydınlaşdırmağa davam edəcəyik”, - Peskov cavabında bildirib.

Rusiya rəsmisi həmçinin İrandan ikitərəfli əməkdaşlığı daha da genişləndirməsini gözlədiklərini vurğulayıb.

ABŞ-da səfərdə olan Pezekşian Ukrayna ilə bağlı mövqeyini açıqlayıb. İran prezidenti BMT Baş Assambleyasında bəyan edib ki, Tehran heç vaxt Rusiyanın Ukrayna ərazisinə təcavüzünü dəstəkləməyib.


Müəllif: Mənsur Rəğbətoğlu