“Hizbullah”a aman verməməliyik. Biz tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi müsahibəsi zamanı deyib.
“Bu gün biz hücum hərəkətlərini sürətləndirəcək və bütün bölmələri gücləndirəcəyik. Mövcud vəziyyət bütün cəbhələrdə intensiv əməliyyatların davam etdirilməsini tələb edir”, - deyə Halevi bildirib.