26 Sentyabr 09:48
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə ilə bağlı təhdidlərini artırıb. ABŞ analitikləri əmindirlər ki, bu bəyanatlar Qərb ölkələrini cilovlamaq cəhdidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Təhlilçilərin fikrincə, Rusiyanın Ukrayna və ya dünyanın istənilən yerində nüvə silahından istifadə etmək ehtimalı azdır. Kreml bununla Qərbdə qərarların qəbulu üzərində nəzarəti gücləndirməyə və Rusiya ərazisinə uzaqmənzilli silahlarla zərbələrin endirilməsi icazəsinin qarşısını almağa çalışır.

“Çox güman ki, Putin Kremlin yorğun informasiya əməliyyatına yeni nəfəs vermək və əlini “nüvə qılıncı”na aparmaqla siyasi gərginliyin kritik məqamında Qərb ölkələri arasında yeni panika dalğası yaratmaq istəyir”, - məqalədə qeyd olunur.

ISW xatırladıb ki, Kreml iki illik müharibə dövründə müntəzəm olaraq Ukraynaya yardımın artırılması ilə bağlı Qərbdəki müzakirələrin əsas məqamlarında nüvə təhdidlərinə əl atır. İndi də bu taktikadan Qərbdən verilən uzaqmənzilli silahlarla Rusiya hərbi obyektlərinə zərbələrin endirilməsi məsələsi müzakirə olunanda istifadə edilir.

ABŞ institutuna görə, məqsəd qərar qəbul edənlərə qorxu aşılamaqdır.

“Rusiyanın bu təhdidləri nüvə silahından istifadə etməyə hazır olmasının göstəricisi deyil, Qərbi Ukraynaya yarımdan çəkindirmək səylərinin bir hissəsidir. Rusiyanın Ukrayna və ya başqa yerlərdə nüvə silahından istifadə etməsi ehtimalı azdır”, - amerikalı analitiklər əmindirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər