BMT Təhlükəsizlik Şurası oktyabrın 2-də Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsveçrənin BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.
Məlumata əsasən, məsələ ilə bağlı açıq iclas, daha sonra isə qapalı iclas keçiriləcək.
Qeyd edək ki, dünən İran tərəfi İsrail ərazisinə onlarla raket buraxıb. Raket hücumunun nəticələri barədə hələki rəsmi məlumat yoxdur.