2 Oktyabr 19:16
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyib.

Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclası zamanı danışıb.

“Mən İranın İsrailə qarşı kütləvi raket hücumunu bir daha qətiyyətlə pisləyirəm”, - deyə baş katib bildirib.

Quterreş əlavə edib ki, İranın İsrail ərazisinə zərbələri heç bir şəkildə Fələstin mülki əhalisinin problemlərini həll etməyəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər