8 Oktyabr 00:44
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ HƏMAS-a qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlığı bəyanat yayıb.

ABŞ Xəzinədarlığı bildirib ki, HƏMAS-ın tanınmış beynəlxalq maliyyə dəstəkçiləri olmaqda ittiham etdiyi üç nəfərə və “yalançı xeyriyyəçilik” adlandırdığı təşkilata, həmçinin Qəzzadakı "Əl-İntac" Bankına qarşı sanksiya tətbiq edilib.

“Xəzinədarlıq Departamenti HƏMAS və onun fəallarını, o cümlədən əlavə gəlir mənbələri əldə etmək üçün vəziyyətdən istifadə etməyə çalışanları məsuliyyətə cəlb etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcək” - bəyanatda deyilir.


Müəllif: Arzu

Oxşar xəbərlər