10 Oktyabr 13:42
3 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru əməliyyatları komandiri general Morteza Miriyan İranın İsraildə istənilən yeri hədəfə almaq gücünə malik olduğunu iddia edir.

Teleqraf.com xəbər verir ki, general İsrailə son hava hücumunda İranın öz gücünü göstərdiyinə inanır.

“Biz heç bir halda icazə istəmirik. Düşmən ən kiçik səhvə yol verərsə, onu toza çevirmək üçün barmaqlarımız tətikdədir”, - Miriyan bildirib.

İranlı general qeyd edib ki, İran son hücumda İsraildə istədiyi məkanı hədəfə alıb:

“İstədiyimiz yerə vura bilərik. Çox vacib məqam odur ki, bir dəfə vursanız, on dəfə cavab verəcəyik. Başqa bir məqam ondan ibarətdir ki, bizə vuracaqları zərbələr cavabsız qalmayacaq. Qisas mütləqdir. Düşmən bilməlidir ki, biz həmişə qisas alacağıq”.

İsrail İranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna cavab verəcəyini vəd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər