Gürcüstan müxalifətinin ölkədə inqilabi proseslər yaratmağa gücü çatmır.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Müxalifət nə qədər inqilabi proseslərə başlamağa, parlament binasına hücuma keçməyə və sairə cəhd etsə də, heç nə alınmayacaq”, - o vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan bütün şərtlər daxilində öz milli maraqlarını qoruyacaq.
Sentyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.