12 Oktyabr 10:54
6 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikaraqua İsrailin Qəzzada davam etdirdiyi hərbi əməliyyatlara görə bu ölkə ilə əlaqələri kəsmək qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin vitse-prezident Rosario Murillo məlumat verib.

Onun sözlərinə görə, Prezident Daniel Orteqa İsrailin Fələstin ərazilərinə hücumlarına görə əlaqələrin kəsilməsini əmr edib.

Əslində, Nikaraquanın qərarı simvolik xarakter daşıyır, İsraillə Mərkəzi Amerika ölkəsi arasında əlaqələr demək olar ki, mövcud deyil.

İsrailin Nikaraquanın paytaxtı Manaquada səfirliyi yoxdur.

Nikaraqua bundan əvvəl iki dəfə İsraillə əlaqələri kəsib: 2010 və 1979-cu ildə.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər