“Niderland Ukraynaya 271 milyon avro ayırmaq niyyətindədir”.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri Dik Sxof “X” hesabında məlumat verib.
Nazir qeyd edib ki, yardım hərbi təcizatla bağlı olacaq.
O paylaşımda, ötən il Danimarka və Çexiya ilə birlikdə Ukraynaya sursat tədarükü üzrə birgə layihənin təşəbbüskarı olduqlarını da xatırladıb.