17:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülnarə Xəlilovanın "Miniatür" kolleksiyası Türkiyənin qədim Efes şəhərində (İzmir) VII Türk dünyasının "Qadın və moda" etnomoda həftəsi çərçivəsində təqdim olunub.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın orta əsr etüdlərinin, xalça naxışlarının, Qarabağ motivlərinin nümayiş olunduğu "Miniatür" kolleksiyası böyük maraqla qarşılanıb.

Tədbir İzmir qubernatorunun himayəsində olan Milli Təhsil Nazirliyinin nəzdindəki İzmir Texnologiya İnstitutunun dəstəyi ilə TÜRKSOY tərəfindən təşkil edilib. Əsas məqsəd türk dövlətlərinin mədəni əlaqələrini gücləndirmək və qədim ənənələri nümayiş etdirməkdir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində dizaynerlərin ustad dərsləri və sərgiləri də keçirilib. Gülnarə Xəlilova layihədə iştirakına görə fəxri mükafata layiq görülüb.

Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sizgi brendinin banisidir. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər