18:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında danışıqlar keçirilib.

Teleqraf.com xəbər verir ki, Rusiya-Çin danışıqları Kazanda keçirilən BRICS sammiti çərçivəsində baş tutub.

Danışıqlarda Rusiya və Çin arasındakı münasibətlər müzakirə olunub.

Putin bildirib ki, Moskva ilə Pekin arasında əməkdaşlıq ölkələrarası münasibətlərə bir nümunədir.

Si Cinpin isə bildirib ki, son on ildə Çin və Rusiya Federasiyası arasında münasibətlər uzun yol keçib və görünməmiş xarakter alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər