18:44
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda qeyri-sabit hava şəraiti ilə bağlı respublika əhəmiyyətli avtomobil yollarında qabaqlayıcı tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, intensiv yağan yağışlar səbəbindən respublika əhəmiyyətli avtomobil yollarında bir sıra çətinliklər yaransa da, gücləndirilmiş iş rejimində çalışan Baş DYP İdarəsinin YPX Alayının əməkdaşlarının aidiyyəti qurumlarla birgə həyata keçirdiyi tədbirlərlə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilməyib. Qəza ehtimalı yüksək olan yol sahələrində fasiləsiz xidmət aparılıb, yolda qalan nasaz avtomobillərin kənarlaşdırılması, sürücü və sərnişinlərinin təhlükəsizliyinin təmin edilməsi üçün adekvat addımlar atılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər