20:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi "Elfsborq"u məğlub edib.

Teleqraf.com xəbər verir ki, İstanbul təmsilçisi III tura təsadüf edən ev oyununda İsveç kollektivinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" komandası isə səfərdə Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşıb.

Matç qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. UEFA Avropa Liqasının Liqa mərhələsinin digər matçları oktyabrın 24-də təşkil olunacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər