17:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması Ermənistan-Azərbaycan münasibətlərindən daha tez müsbət mərhələyə çatacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.

“Şübhəsiz ki, belə bir fürsət görürəm. Demirəm ki, belə olacaq, optimist olduğumu və ya olmadığımı da demirəm”, - vitse-spiker vurğulayıb.

Rubinyan müxalifətin İrəvanın türkləşmə yolu ilə getməsi, Türkiyənin Ermənistan iqtisadiyyatını ələ keçirəcəyi ilə bağlı iddialarını absurd adlandırıb:

“Müxalifətin birinci fərziyyəsi budur ki, Türkiyə Ermənistanı aradan qaldırmaq istəyir. İkinci fərziyyəsi belədir ki, Türkiyə sərhədi açsa, Ermənistanı udacaq. Onda sual olunur ki, belədirsə, Türkiyə niyə hələ də sərhədi açmayıb?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər