14:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya polisi "Real Madrid"in futbolçusu Vinisius Juniora qarşı irqçiliyə görə dörd nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

İstintaqın La Liqadan gələn şikayətlərdən sonra başladığı bildirilib. Saxlanılanlar sosial şəbəkələrdə braziliyalı oyunçunun ünvanına irqçi ifadələr işlədiblər.

Bu, "Kral klubu"nun "Atletiko" ilə heç-heçə etdiyi La Liqanın VIII turunun matçı (1:1) ərəfəsində yaşanıb. Azarkeşlərin davranışlarına görə "Atletiko"ya sanksiyalar da tətbiq edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər