24 Oktyabr 17:08
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Teleqraf.com xəbər verir ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

16:17

***

Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

15:03

***

Teleqraf.com xəbər verir ki, Kazanda Azərbaycanın Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər