23 Oktyabr 22:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Moldovanın Avropaya inteqrasiya kursu ilə bağlı referendumun nəticələri saxtalaşdırmalara baxmayaraq, Kişinyov üçün uğursuz oldu".

Teleqraf.com yerli mətbuata istinadın xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Kişinyovda hakimiyyət tərəfindən müxalifətə, müstəqil mediaya qarşı genişmiqyaslı repressiyalardan istifadə edilməsinə, inzibati resurslardan istifadə etməklə birbaşa təzyiqlərə, habelə ABŞ və Aİ nümayəndələrinin seçki prosesinə aşkar müdaxiləsinə baxmayaraq, səsvermənin nəticələri Moldova rəhbərliyi üçün uğursuz oldu”, - diplomat bildirib.

Onun sözlərinə görə, səsvermənin yekun nəticələri son anda saxtakarlıqla təmin edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər