Rusiya prezidenti Vladimir Putin oktyabrın 24-də BRİKS sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtına gələn BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.
Məlumata görə, Putin və Quterreş BMT-nin fəaliyyəti mövzusunu müzakirə etmək, həmçinin beynəlxalq gündəmdəki aktual məsələlər, Yaxın Şərq böhranı və Ukrayna münaqişəsi ətrafında vəziyyətə toxunmaq niyyətindədirlər .