16:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bahalı avtomobilini satışa çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.

Navai ötən il aldığı "Mercedes-Benz G63 AMG" maşınının fotosunu izləyiciləri ilə bölüşərək "Onlar deyirdilər ki, sevgi satılmır. Satıram" sözlərini yazıb.

Qeyd edək ki, sözügedən avtomobilin Rusiyadakı qiyməti 600 min manata yaxındır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər