23 Oktyabr 22:25
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hərbi hücumu başlayandan bəri yüzlərlə PUA Finlandiyanın infrastrukturuna təhlükəli şəkildə yaxınlaşıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Finlandiya Mərkəzi Kriminal Polisinin rəhbəri Robin Lardot deyib.

Hadisələrə polis cəlb edilib, lakin sözügedən dronların hər hansı bir dövlətə aid olduğuna dair heç bir aydın dəlil yoxdur.

"Biz indiyədək uçuşa qadağan olunmuş zonada və ya kritik infrastrukturun yaxınlığında uçan yüzdən çox dron hadisəsini qeydə almışıq" deyə məlumatda qeyd olunur.

Hadisələr əsasında açılmış cinayət işlərinin sayı açıqlanmır.


Müəllif: Arzu

Oxşar xəbərlər