14:34
250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində müəssisədə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata əsasən, 11:10 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 1973 və 1982-ci il təvəllüdlü iki şəxs (kişi cinsli) hospitalizasiya olunub.

Bildirilib ki, baş-boynun termiki və kimyəvi yanığı diaqnozu təyin edilən 1973-cü il təvəllüdlü və gövdənin, baş-boynun termik və kimyəvi yanığı diaqnozları təyin edilən 1982-ci il təvəllüdlü şəxslərə xəstəxananın Təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib.

Göstərilən yardımlardan sonra həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

12:44

Sumqayıtda yerləşən müəssisədə partlayış baş verib, iki nəfər xəsarət alıb.

Teleqraf.com Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Təbriz Səfər oğlu Məmmədəliyev və 1972-ci il təvəllüdlü İlham Maarif oğlu Nuruyev çalışdıqları müəssisədə qaynaq işləri görən zaman qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə hər iki şəxs termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər