08:57
252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalantla telefon danışığı aparıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Ostin İsrailin müdafiəsi məsələlərində Amerika hakimiyyətinin sarsılmaz dəstəyini təsdiqləyib. Nümunə kimi o, İsraili qorumaq üçün THAAD raketdən müdafiə sisteminin bu yaxınlarda yerləşdirilməsini göstərib.

Pentaqon rəhbəri humanitar yardımın Erez keçidi vasitəsilə daşınmasını təsdiqləyib və Qəzzada humanitar vəziyyətlə bağlı problemlərin tezliklə həllinə çağırıb. Ostin həmçinin Livan silahlı qüvvələrinə qarşı zərbələrdən narahatlığını ifadə edib və həm Livan qoşunlarının, həm də BMT sülhməramlılarının qorunmasının vacibliyini vurğulayıb .


Müəllif: Arzu

Oxşar xəbərlər