08:35
279
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vitse-prezident və ABŞ prezidentliyinə namizəd Kamala Harris prezidentlik yarışında rəqibi Donald Trampı faşist hesab etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu fikirləri CNN telekanalının canlı efirində bildirib.

Jurnalistin Trampı faşist hesab edib-etməməsi ilə bağlı sualına Harris "hə" cavabı verib.

"Mən də düşünürəm ki, bu məsələdə onu ən yaxşı tanıyan insanlara etibar etmək lazımdır" - Harris deyib .

Harrisin sözlərinə görə, 2017-ci ildən 2021-ci ilə kimi prezidentliyi dövründə Tramp administrasiyasında çalışmış bir neçə şəxs onu yararsız və təhlükəli adlandırıb.

“Onlar birbaşa onun ABŞ Konstitusiyasına hörmətsizlik etdiyini bildiriblər. Dedilər ki, o, bir daha prezident olmamalıdır” - Kamala bildirib.

Harris bu məlumatı ona dəqiq kimin söylədiyini deməyib.


Müəllif: Arzu

Oxşar xəbərlər