“Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı” haqqında qanunla bağlı öz mövqeyini necə cəsarətlə müdafiə etməsinə təəccüblənirdim”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib.
O, Qərbdən fərqli olaraq Rusiyanın Gürcüstanın daxili siyasi işlərinə qarışmadığını bildirib.
“Gürcüstanda hadisələr başlayanda, düzünü desəm, baş verənləri təəccüblə müşahidə edirdim. Bizim Gürcüstan rəhbərliyi ilə heç bir əlaqəmiz yoxdur. Lakin mən onların öz mövqelərinin müdafiəsi üçün göstərdikləri cəsarət və xarakter məni sadəcə təəccübləndirdi”, - V.Putin söyləyib.