09:58
421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keniya sahillərində 500 il əvvəl Hind okeanında səyahətə çıxmış portuqaliyalı səyyah Vasko da Qamanın flotiliyasının bir hissəsi ola biləcək batmış gəmi tapılıb.

Teleqraf.com “LiveScience”ə istinadla yazır ki, gəminin qalıqları 2013-cü ildə Keniyanın Malindi şəhəri yaxınlığında aşkar edilib.

Tədqiqatçıların fikrincə, bu, 1524-cü ildə Vasko da Qamanın Hind okeanına son səyahəti zamanı batan “San-Jorj” gəmisi ola bilər.

Portuqaliyanın Koimbra Universitetinin arxeoloqu və tədqiqatın aparıcı müəllifi Filipe Kastronun sözlərinə görə, bu versiya təsdiq olunarsa, bu, Hind okeanında batmış ən qədim Avropa gəmilərindən biri olacaq.

Batmış gəmi sahildən 500 metr aralıda, təxminən, 6 metr dərinlikdə yerləşir. Dəniz dibindəki mərcanlar arasında demək olar ki, görünməzdir, amma Kastro və digər dalğıclar gəminin qalıqlarını batdığı yerdə aşkar ediblər.

Vasko da Qama Hind okeanında ilk səyahətinə 1497-ci ildə çıxıb. 1524-cü ildə Hindistanda ölməzdən əvvəl bu marşrutla daha üç səyahət edib.

“San-Jorj” gəmisi 1524-cü ildə son səyahətində da Qamaya qatılan, amma səyyahın ölümündən bir müddət əvvəl batmış 20 gəmidən biri idi. Yeni araşdırma onun Malindi sahillərində batmış iki ən qədim Portuqaliya gəmisindən biri olduğunu göstərir, ikincisi 1544-cü ildə batan “Nossa Senxora da Qraça” idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər