Aktrisa və yazıçı Ceymi Li Kertis həmkarı Pamela Andersona makiyajdan emtina etməklə dəstək olub.
Teleqraf.com xəbər verir ki, aktrisa "İnstaqram" səhifəsində öz makiyajsız şəklini paylaşıb.
66 yaşlı ulduz şəkli belə şərh edib: “Duşdan çıxandan sonra selfi. Pamela Andersonun və onun makiyajsız olmaq arzusunun şərəfinə. Ayıq. Güclü. Təmkinli”.
Daha öncə aktrisa Pamela Anderson film təqdimatına makiyajsız çıxdığına görə tənqidlərlər üzləşib.