Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkeldən görüşə it gətirdiyinə görə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, mətbuat konfransında danışıb.
“Bir daha ona müraciət edirəm: Angela, xahiş edirəm məni bağışla, mən sənə incitmək istəmirdim, əksinə, söhbətimiz üçün əlverişli atmosfer yaratmaq istəyirdim”, - deyə Putin bildirib.
O qeyd edib ki, Merkelin itlərdən qorxduğunu bilmirdi: "Sonradan dedi ki, onu uşaq vaxtı it dişləyib və psixoloji travması var. Bunu biləndə ondan üzr istədim”.
Qeyd edək ki, daha əvvəl kansler öz memuar kitabında Vladimir Putinin danışıqlara qara Labrador itini gətirdiyi an yaşadığı hisslərini bölüşüb.