28 Noyabr 17:58
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Anjey Dudanın həyat yoldaşı Aqata Kornhauzer-Duda Ermənistana səfəri çərçivəsində İrəvanda “Missiya Ermənistan” təşkilatının baş qərargahında olub.

Teleqraf.com xəbər verir ki, o, burada təşkilat və BMT QAK-ın Ermənistan ofisinin nümayəndələri ilə görüşüb.

Polşanın birinci xanımı Ermənistanla beynəlxalq həmrəylikdən məmnunluğunu ifadə edərək, Varşavanın bu ölkəyə dəstək verən dövlətlər arasında olduğunu vurğulayıb.

Məlumatda deyilir ki, Kornhauzer-Duda Qarabağ erməniləri (separatçılar – red.) ilə də görüşərək, onlarla söhbətləşib.

Görüşün dünən baş tutduğu bildirilir.

Qeyd edək ki, Polşa Prezidenti Anjey Dudanın Ermənistana səfəri çərçivəsində atdığı bəzi təxribatçı addımlar Azərbaycan tərəfindən sərt təpki ilə qarşılanıb. Dudanın şərti sərhəddə Avropa İttifaqı missiyasının patrul xidmətinə qoşulması və binoklla Azərbaycanın mövqelərini müşahidə etməsi etiraz yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər