Ermənistanın KTMT sammitində iştirak etməməsi region və müəyyən dərəcədə təşkilatın özündə mövcud geosiyasi vəziyyəti xarakterizə edir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Astanada keçirilən sammitində deyib.
“Bu gün ilk söz demək şərəfinə nail oldum, çünki bizim erməni həmkarlarımız görüşdə iştirak etmirlər, yeri gəlmişkən, bu, region və müəyyən dərəcədə bizim təşkilatda mövcud geosiyasi vəziyyəti səciyyələndirir”, - prezident bildirib.
Lukaşenko qeyd edib ki, KTMT Avrasiyada hərbi-siyasi dayaqlardan birinə çevrilməli və regional təhlükəsizlik gündəminin trendini müəyyənləşdirməlidir.
Qeyd edək ki, çıxışlar əlifba sırasına görə müəyyən edildiyi üçün ilk çıxışı Ermənistan Baş naziri Nikol Paşinyan etməliydi, amma o, sammitə qatılmaqdan imtina edib. Buna görə də, sammit Belarus prezidentinin çıxışı ilə başlayıb.