14:10
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yenilənmiş nüvə doktrinası çərçivəsində "nüvə çətiri" KTMT-yə daxil olan ölkələri də əhatə edir.

Teleqraf.com xəbər verir ki, bu barədə KTMT-nin iclasından sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

“Köhnə doktrinada bu çətir müttəfiqlərimizi əhatə edirdi. Bu, aydın və açıq şəkildə qeyd olunub. Yeni doktrinaya gəlincə, əlbəttə, söhbət ilk növbədə KTMT ölkələrindən gedir. Ayrı bir əlavə var, kifayət qədər vacib, bu da Belarusa aiddir”, - katib belə deyib.

Şoyqu xatırladıb ki, nüvə silahından istifadə meyarları adi silahlarla Belarusa təcavüz edildikdə və ölkənin mövcudluğuna təhlükə yarandıqda, doktrinal olaraq müəyyən edilir.

KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər