13:45
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Amerika İnsan Genetikası” jurnalı ermənilərin genetikasıyla bağlı araşdırmanın nəticələrini yayımlanıb.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, araşdırma ermənilərlə Balkan xalqları arasında güclü genetik əlaqənin olmadığını ortaya çıxarıb.

Ermənilərin iddiasına görə, Herodot 2500 il bundan əvvəl onların Balkan mənşəli xalq olduğunu və Balkanlardan Qafqaza köçüb getdiklərini yazıb.

Ermənilərin Balkan xalqı olan frigiyalılardan törəməsi fikri qəbul edilmiş bir nəzəriyyəyə çevrilmişdi.

Son araşdırmalar isə Herodotun ermənilərin əcdadlarının Balkan mənşəli olması ilə bağlı fərziyyəsini təkzib edib.


Müəllif: Şəbnəm Zahir