28 Noyabr 15:35
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını başa çatdırıb.

İttihama münasibət bildirən Ağadadaş Ağayev özünü təqsirli bilməyib. O bildirib ki, buna görə çıxış etmək istəmir: "Mən bu işdən tamamilə narazıyam. Məntiqədən kənardır bu iş. Dünya təcrübəsində belə bir şey olmayıb. Mən birindən kömək istəmişəm. Bunu necə söyüşlə istəyə bilərəm?"

Ağadadaş Ağayev hazırda özünü yaxşı hiss etmədiyini, ifadə verməyə hazır olmaldığını deyib. Vəkili bildirib ki, əvvəlcə zərərçəkmiş şəxslər ifadə versin.

Dövlət ittihamçısı isə ilkin olaraq təqsirləndirilən şəxsin dindirilməsini təklif edib. Məhkəmə qərara alıb ki, əvəvlcə təqsirləndirilən, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi həyata keçirilsin.

Ağadadaş Ağayevin vəkili hazırkı mərhələdə müdafiə etdi şəxsin ifadə verməyə hazır olmadığını deyib. O, məhkəmənin təxirə salınmasını istəyib.

Növbəti proses dekabrın 3-də davam edəcək.

***

15:20

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda tərəflərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan etməyə başlayıb.

Hazırda proses davam edir.

***

15:07

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Teleqraf.com xəbər verir ki, Ağadadaş Ağayev Binəqədi Rayon Məhkəməsinə vəkili ilə birlikdə gəlib. Xalq artisti jurnlasitlərə açıqlamasında bildirib ki, məhkəmənin ədalətinə inanır, məhkəmənin suallarını cavablandırmağa hazırdılar:

"Mən təqsirkar deyiləm, çox rahatam. Buna görə də məhkəmədən çox razıyam. Nizamlı şəkildə məhkəmə keçirilir.Konkret olaraq bir şey söyləmək istəmirəm. Hüququmuza sökənmişəm, Allahın ədalətinə inanıram. Mən təqsirkar deyiləm, çox rahatam. Buna görə də məhkəmədən çox razıyam. Nizamlı şəkildə məhkəmə keçirilir".

Qeyd edək ki, bu il iyulun 22-də Bakı şəhər sakini olan Nurəddin Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 7 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə hədələdiyini bildirib.

Nurəddin Cəlilov daha sonra izahatında Ağadadaş Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan Nəzakət Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Ağadadaş Ağayevin barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə Nurəddin Saleh oğlu Cəlilov və Nəzakət Məzahir qızı Paşayeva zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinən şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər