Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib.
Teleqraf.com xəbər verir ki, 84 deputat yeni hökumətin lehinə səs verib.
İrakli Kobaxidzenin başçılıq edəcəyi nazirlər kabinetində üç yeni nazir yer alıb. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili və kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Davit Sonqulaşvilidir.
Deputatlar hökumətin 2025-2028-ci illər üçün proqramını da dəstəkləyib.
***
12:43
Gürcüstan parlamentində yeni hökumətin tərkibinə etimadın göstərilməsi məsələsinin müzakirəsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, etimad üçün qanunverici orqanın 76 üzvünün səsi tələb olunur.
Plenar iclasda baş nazir vəzifəsinə namizəd İrakli Kobaxidze deputatlara hökumət proqramını təqdim edir. Onun sözlərinə görə, proqram ölkə qarşısında duran bütün vəzifə və çağırışlara cavab verir.
Qeyd edək ki, hökumətdə üç yeni nazir yer alacaq. Onlar xarici işlər naziri Maka Boçorişvili, ədliyyə naziri Anri Oxanaşvili və kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri Davit Sonqulaşvilidir.